Bayden: “ABŞ Senatına seçkilərin nəticələri Si Cinpinlə danışıqlar mövqeyini gücləndirib”

Co Bayden və Si Cinpin

© APA | Co Bayden və Si Cinpin

# 13 noyabr 2022 09:46 (UTC +04:00)

Amerika prezidenti Co Bayden hesab edir ki, ABŞ Konqresinin Senatına noyabrın 12-də elan edilən və Demokratlar Partiyasının nəzarətində olduğu aralıq seçkilərin nəticələri onun Çin prezidenti Si Cinpinlə qarşıdakı danışıqlarda mövqeyini gücləndirib.

APA xəbər verir ki, Amerika dövlətinin başçısı bu barədə Kambocada jurnalistlərə açıqlamasında deyib.

Eyni zamanda Bayden qeyd edib ki, onun artıq Si Cinpinlə qarşılıqlı anlaşması var. O, Çin liderini "çox yaxşı tanıdığını" deyib.

“Bilirəm ki, daha güclü mövqe ilə danışıqlara gedirəm, amma buna ehtiyac yoxdur. Mən Si Cinpini tanıyıram, bir çox dünya liderləri ilə müqayisədə onunla daha çox vaxt keçirmişəm. Aramızda çox az anlaşılmazlıq var”, - ABŞ prezidenti bildirib.

Co Bayden əlavə edib ki, o və Si Cinpin "gələcək iki ildə qırmızı xətlərin harada olduğunu və ABŞ və Çin üçün nəyin ən vacib olduğunu anlamalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR