Bayden: “ABŞ və Çin arasında yeni “soyuq müharibə” olmayacaq”

Bayden: “ABŞ və Çin arasında yeni “soyuq müharibə” olmayacaq”
# 14 noyabr 2022 22:28 (UTC +04:00)

ABŞ və Çin arasında yeni “soyuq müharibə” olmayacaq.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Çin Sədri Si Cinpinlə görüşündən sonra bildirib.

“Mən tam inanıram ki, yeni “soyuq müharibə” olmayacaq. Si Cinpinlə bir neçə dəfə görüşmüşəm. Bütün bu görüşlərdə biz bir-birimizə qarşı səmimi və açıq idik. Mən Çin tərəfindən Tayvanın işğalına dair hər hansı bir cəhd olacağını düşünmürəm”, - deyə Bayden bildirib.

ABŞ Prezidenti vurğulayıb ki, Si Cinpinə ölkəsinin Tayvan siyasətinin qətiyyən dəyişmədiyini açıq şəkildə bildirib.

Onun sözlərinə görə, Çin hücum edəcəyi təqdirdə ABŞ adanı qoruycaq.

Bayden əlavə edib ki, hər iki lider məsələlərin həlli üçün hökumətlərin ali səviyyələrdə dialoq mexanizminin yaradılması ilə bağlı razılaşıblar.

O, dövlət katibi Entoni Blinkenin də tezliklə Çinə yola düşəcəyini qeyd edib.

Bayden Çin lideri ilə görüşdə Sincan vilayətində uyğurlara qarşı münasibət, eləcə də Hon Konqda və Tibetdə insan haqları ilə bağlı narahatlığını da qarşı tərəfə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR