Bayden: Biz İranı tezliklə azad edəcəyik - VİDEO

Bayden: Biz İranı tezliklə azad edəcəyik - VİDEO
# 04 noyabr 2022 10:29 (UTC +04:00)

Biz İranı tezliklə azad edəcəyik.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı deyib.

O qeyd edib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”, - Bayden vurğulayıb.

Bayden “İranın azad edilməsi” üçün ABŞ hökumətinin konkret olaraq hansı addımlar atacağını açıqlamayıb. Ağ Ev Prezidentin bəyanatına hələ ki münasibət bildirməyib.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsə Əmininin Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi səbəbi ilə hökumət əleyhinə başlayan etirazlar artıq 7 həftədir davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR