Bayden bu gün İspaniyaya səfər edəcək

Co Bayden

© APA | Co Bayden

# 28 iyun 2022 09:52 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden bu gün İspaniyaya səfər edəcək.

APA CNN-ə istinadən xəbər verir ki, Bayden Madriddə öz işinə başlayacaq NATO-nun sammitində iştirak edəcək.

Qeyd olunub ki, ABŞ Prezidenti İspaniyaya bu gün səhər G7 liderlərinin iclası çərçivəsində Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron, Britaniya Baş naziri Boris Consonla görüşdükdən sonra yola düşəcək.

Madrid sammitində iştirak edəcək liderlərin növbəti onillik üçün alyansın məqsədlərinin qeyd olunduğu 2022 NATO Strateji Konsepsiyasını təsdiqləyəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR