Bayden fevralın 24-də Avropaya səfər edəcək

Bayden fevralın 24-də Avropaya səfər edəcək
# 26 yanvar 2023 21:52 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Ukraynada müharibənin bir illiyi münasibətilə fevralın 24-də Avropaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə “NBC News” Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb. CNN-in məlumatında isə qeyd olunub ki, səfər üçün bir neçə ölkə nəzərdən keçirilir: “Bunlardan biri hazırda minlərlə Amerika əsgərinə ev sahibliyi edən və Qərb silahlarının Ukraynaya transferində mərkəz rolu oynayan Polşadır”.

Baydenin təhlükəsizliklə bağlı narahatlıqları səbəbilə Avropa səfəri çərçivəsində Ukraynaya getməyəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də gələn ay Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Avropaya səfəri gözlənilir. Konfransın gündəliyinin əsass mövzusunun Ukraynada müharibə olacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR