Bayden jurnalistlərə göstərdikləri cəsarətə görə təşəkkür edib

Bayden jurnalistlərə göstərdikləri cəsarətə görə təşəkkür edib
# 01 may 2022 11:44 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden jurnalistlərə Ukrayna və onun hüdudlarından kənarda hadisələri işıqlandırmaqda göstərdikləri cəsarətə görə təşəkkür edib.

APA bildirir ki, bu barədə Bayden Ağ Ev Müxbirlər Assosiasiyasının şam yeməyi zamanı deyib .

Prezident qeyd edib ki, xoşunuza gəlsə də, gəlməsə də hər biriniz demokratiyanın qalasısınız:

“Nə vaxtsa öz məsuliyyətinizlə bağlı şübhə etsəniz, Ukraynada baş verənlərdən başqa yerə baxmayın. Jurnalistlər əslində nə baş verdiyini dünyaya göstərmək üçün riskə atılır, hətta həyatlarını itirirlər. Demokratiyamızda zəhər dolaşır... Dezinformasiyalar artmaqdadır. Sizin azad mətbuatınız ötən əsrdə həmişəkindən daha vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR