Bayden koronavirusun mənşəyi ilə bağlı məlumatların məxfiliyinin açılmasını tələb edən qanunu imzalayıb

Bayden koronavirusun mənşəyi ilə bağlı məlumatların məxfiliyinin açılmasını tələb edən qanunu imzalayıb
# 21 mart 2023 02:34 (UTC +04:00)

ABŞ lideri Co Bayden milli kəşfiyyat rəhbərinə koronavirusun mənşəyi ilə bağlı bəzi mövcud məlumatların məxfiliyini ləğv etməyi əmr edən qanun imzalayıb.

APA xəbər verirr ki, bu barəd Ağ Ev məlumat yayıb.

Bildirib ki, qanun milli kəşfiyyat direktorundan COVID-19-un mənşəyi ilə bağlı bəzi məlumatların məxfiliyini ləğv etməyi tələb edir.

Fevral ayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Vanq Yi Çinin koronavirus pandemiyasından uğurla çıxdığını bildirib.

Martın 2-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar hesab edir ki, koronavirusun laboratoriya sızması nəzəriyyəsi çox realdır, lakin qəti deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR