Bayden Makronla Ukrayna, İran, Çin və enerji mövzularını müzakirə edəcək

Bayden Makronla Ukrayna, İran, Çin və  enerji mövzularını müzakirə edəcək
# 29 noyabr 2022 07:09 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron Vaşinqtonda görüşəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyası bildirib.

Liderlər Ukrayna, Çin, İran və enerji məsələlərini müzakirə edəcək.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib:

“Onların danışıqlarının mərkəzində Ukrayna ilə bağlı müzakirələrin olacağı gözlənilir. Çinlə yanaşı, İrana da çağırışlar müzakirə olunacaq”.

Görüşdə iqtisadi və enerji sahəsində əməkdaşlığın müzakirə ediləcəyi gözlənilir.

Fransa prezidentinin ABŞ-a səfəri noyabrın 30-da başlayacaq və üç gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR