ABŞ Prezidenti Co Bayden NATO-nun növbəti baş katibinin namizədliyi ilə bağlı razılaşmanın tamamlanmadığını bildirib.
APA xəbər verir ki, bu barədə o, Birləşmiş Krallığın Baş naziri Rişi Sunak ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında deyib.
Bununla belə, Bayden NATO-nun növbəti baş katibinin Birləşmiş Krallığın müdafiə naziri Ben Uollesin olacağını istisna etməyib.