Bayden Şimali Koreya lideri ilə görüşməyə hazırdır

Bayden Şimali Koreya lideri ilə görüşməyə hazırdır
# 21 may 2022 12:46 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bəyan edib.

APA-nın “Bloomberg”ə istinadən xəbərinə görə, Co Bayden Şimali Koreya liderinin xoş niyyətli görüşə hazır olduğuna əmin olduğu təqdirdə, onunla görüşə biləcəyini bildirib.

“Mənim Şimali Koreya lideri ilə görüşə biləcəyimə gəldikdə isə, bu onun səmimi və ciddi olmasından asılıdır”, - Co Bayden Cənubi Koreya Prezidenti Yun Suk Yeol ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR