Bayden sinaqoqda insanların girov götürülməsini terror aktı adlandırıb

Bayden sinaqoqda insanların girov götürülməsini terror aktı adlandırıb
# 16 yanvar 2022 22:16 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Texas ştatındakı sinaqoqda insanların girov götürülməsini “terror aktı” kimi xarakterizə edib.

“Bu bir terror aktıdır”, - deyə Bayden jurnalistlərə bildirib.
APA-nın xəbərinə görə, dövlət başçısı oxşar hadisələrin təkrarlanmaması üçün ədliyyə naziri Merrik Harlandla danışdığını da qeyd edib.

Qeyd edək ki, bu gün bir nəfər Texasdakı sinaqoqda 4 nəfəri girov götürüb. Xüsusi təyinatlılar girovları azad edərkən, girov götürəni güllələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR