Bayden Stoltenberqə İsveç və Finlandiyanın NATO-ya sürətlə daxil olmasını dəstəklədiyini bildirib

Co Bayden

© APA | Co Bayden

# 03 iyun 2022 00:33 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Finlandiya və İsveçin NATO-ya qəbulu prosesinin bütün müttəfiqlərin maraqları nəzərə alınmaqla, sürətlə davam etməsini təmin etmək səylərini dəstəklədiyini bildirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib. Bayden, Harris və Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin transatlantik təhlükəsizliyə təsirini, həmçinin NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini müzakirə ediblər.

“Onlar, həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini alqışladılar və Prezident Bayden Baş Katib Stoltenberqin bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edən sürətli üzvlük prosesini asanlaşdırmaq səylərinə güclü dəstəyini ifadə etdi”, - deyə bəyanatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR