Bayden teleskopun orbitə çıxarılması münasibəti ilə NASA-nı təbrik edib

Bayden teleskopun orbitə çıxarılması münasibəti ilə NASA-nı təbrik edib
# 26 dekabr 2021 04:45 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden “James Webb” teleskopunun orbitə çıxarılması münasibəti ilə NASA-nı təbrik edib.

“NASA-nı və “James Webb" teleskopunun orbitə çıxarılmasında zəhməti olan hər kəsi təbrik edirəm. Bu göstərdi ki, biz böyük işləri arzu edərək reallaşdıra bilirik. Biz bilirdik ki, layihə çox risklidir, lakin böyük riskin böyük də mükafatı olur” deyə, dövlət başçısı sosial media hesabında yazıb.

NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan “James Webb” teleskopunun orbitə qaldırılması üçün 10 milyard dollaradək vəsait xərclənib. Fransa Qvianasındakı Kuru poliqonundan fəzaya qaldırılan teleskopun istismar müddəti 10 ildir. Yerdən 1,5 milyon km məsafədə işləyəcək cihazın öz orbitinə yerləşməsi təxminən 1 ay sonra baş verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR