Bayden Ukraynadakı vəziyyəti köməkçiləri ilə müzakirə edib

Bayden Ukraynadakı vəziyyəti köməkçiləri ilə müzakirə edib
# 23 yanvar 2022 06:24 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyəti Kemp Deviddəki iqamətgahında milli təhlükəsizliyə cavabdeh olan şəxslərlə müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda deyilir ki, prezident öz komandasının üzvləri ilə həm video formatda, həm də şəxsən görüşüb. Dövlət başçısına Ukrayna-Rusiya sərhədindəki son vəziyyət barədə məruzə edilib. Co Bayden deeskalasiya üçün diplomatik vasitələrdən istifadəni də administrasiya üzvləri ilə müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR