Bayden Ukraynaya 175 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb

Bayden Ukraynaya 175 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb
# 22 iyul 2022 23:03 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə hərbi yardım ayırıb.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

Bildirilir ki, Vaşinqton dörd “HIMARS” reaktiv yaylım atəş sistemi, 580-ə qədər “Phoenix Ghost” pilotsuz uçan aparatı, eləcə də sursatları Kiyevə verəcək.

Bu yardımın məbləği təxminən 175 milyon dollar qiymətləndirilir.

Ümumilikdə isə ABŞ-ın Ukraynaya hərbi yardımı 270 milyon dollardır.

Qeyd olunub ki, “Phoenix Ghost” dronlarının dəyəri 100 milyon dollar qiymətləndirilir və onlar Ukrayna üçün xüsusi olaraq istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR