Bayden Ukraynaya 33 milyard dollar ayrılması üçün Konqresə müraciət edəcək

Co Bayden

© APA | Co Bayden

# 28 aprel 2022 19:50 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden növbəti beş ay ərzində Ukraynaya dəstək üçün 33 milyard dollar hərbi, iqtisadi və humanitar yardım üçün Konqresə müraciət edəcəyini açıqlayıb.

APA xəbər verir ki, Prezident Bayden bu barədə Ukraynadakı vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, ABŞ konqresmenlərinin bu yardım paketi təsdiqləməsinin vacib olduğunu vurğulayıb.

Təklifə 20 milyard dollardan çox hərbi yardım, 8,5 milyard dollar iqtisadi yardım və 3 milyard dollar humanitar yardım daxildir.

Bayden deyib ki, bu vəsait az deyil: "Amma təcavüzə icazə versək, aqressiyanın qarşısını almaq daha baha başa gələcək."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR