Bayden Ukraynaya 33 milyard dollarlıq yardımı təsdiqləmək üçün Konqresə çağırş edib - VİDEO

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 10 may 2022 01:45 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Konqresdən yaxın günlərdə imzalayacağı layihənin tez bir zamanda təsdqlənməsini istəyir.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilir ki, onun imzalayacağı layihə Ukraynaya əlavə 33 milyard dollar yardımı tələb edir.

Bayden bildirib ki, konqres bunu təsdiqləməsə ABŞ təxminən 10 gün ərzində Kiyevə yardımı dayandırmaq məcburiyyətində qalacaq.

“Bu, təcili ehtiyacdır. Biz Konqresdən gələcək addımları gözlədiyimiz müddətdə, yardımın dayandırılmasına icazə verə bilmərik”,- deyə Bayden bildirib.

Amerika lideri bildirib ki, təsdiq mərhələsi 10 gün ərzində baş verməzsə vəziyyət kritik olacaq.

“Mən Konqresi Ukraynaya əlavə yardım haqqında qanun layihəsini dərhal qəbul etməyə və yaxın bir neçə gün ərzində imza üçün mənə təqdim etməyə çağırıram”, - deyə Bayden əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR