Bayden Ukraynaya 675 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib - YENİLƏNİB

Bayden Ukraynaya 675 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib - YENİLƏNİB
# 08 sentyabr 2022 14:00 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Ukraynaya 675 milyon dollar dəyərində növbəti hərbi yardım paketini təsdiqləyib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib.
“Dünən Prezident Bayden ABŞ-ın Ukraynaya yardımının 675 milyon dollar dəyərindəki növbəti tranşını təsdiqləyib”, - deyə Ostin Almaniyanın Ramştayn aviabazasında Ukrayna Müdafiə Kontakt Qrupu ilə görüşündə bildirib.
Ostin əlavə edib ki, yardım paketinə idarə olunan reaktiv yaylım atəş sistemləri, 105 millimetrlik haubitsalar, artilleriya sursatı və HARM sistemləri, hammerlər, zirehli təcili-tibbi yardım maşınları, tank əleyhinə sistemlər və kiçik silahlar daxildir.
Ostin vurğulayıb ki, bu, Bayden administrasiyasının ötən ilin avqustundan bəri ABŞ stoklarından Ukrayana üçün ayırdığı 20-ci hərbi ləvazimat yardımıdır.

***

10:55

ABŞ Müdafiə Nazirliyi bu gün Ukraynaya 675 milyon dollar dəyərində növbəti silah transferini bəyan edəcək.

APA-nın xəbərinə görə, bu barədə “Washington Post”a anonimlik şərti ilə ABŞ rəsmisi məlumat verib.

Bildirilib ki, növbəti yardım paketinə Ukrayna hərbçilərinin artıq bir müddətdir ki, Rusiya qüvvələrinə qarşı dəqiq zərbələr endirdiyi əlavə HIMARS raketləri, həmçinin əsgərlər üçün müxtəlif nəqliyyat vasitələri və digər texnikalar daxil olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR