Bayden: “Ukraynaya dəstək verəcəyik ki, müharibədə məğlub olmasın”

Bayden: “Ukraynaya dəstək verəcəyik ki, müharibədə məğlub olmasın”
# 30 iyun 2022 18:10 (UTC +04:00)

Ehtiyac olduğu müddətdə biz Ukraynanı dəstəkləməyə davam edəcəyik.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden NATO-nun Madrid Sammitinin yekunlarına dair brifinqdə bildirib.

“Rusiya Ukraynaya müharibə elan etdikdən sonra üzləşdiyi nəticələrə baxın: son 100 ildə ilk dəfə Rusiyanın milli borcu artıb, son 15 ildə iqtisadiyyatda qazandıqlarını itiriblər”, - Bayden vurğulayıb.

Baydenin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunub, artıq Rusiya neft hasilatında Qərb texnologiyasından istifadə edə bilmir ki, bu da onlar üçün problem yaradır: “Rusiya bunun bədəlini çox ağır ödəyir. Bu gün eşitdik ki, Ukrayna İlan adasını geri qaytarıb. Biz NATO olaraq Ukraynanın yanındayıq, dəstəyi davam etdiririk və lazım olduğu müddətdə də Ukraynaya dəstək verəcəyik ki, bu müharibədə məğlub olmasın”.

Prezident Bayden qeyd edib ki, Ukrayna Rusiyaya ağır zərbə vurub, Rusiya beynəlxalq aləmdə öz mövqeyini itirib: “Biz Ukraynaya sadəcə hərbi dəstək veririk. Ukrayna xalqı isə inanılmaz müqavimət və cəsarət nümayiş etdirir. Bilirəm ki, bu, Rusiyanın Ukraynanı məğlub etməsi ilə nəticələnməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR