Bayden Zelenski ilə telefonla danışıb - YENİLƏNİB

Bayden Zelenski ilə telefonla danışıb  - YENİLƏNİB
# 04 oktyabr 2022 22:32 (UTC +04:00)

Söhbət əsnasında Bayden Ukraynaya yeni hərbi yardım paketi barədə anons verib.

APA xəbər verir ki, bu yardıma HİMARS yaylım atəşli reaktiv sistemlər də daxildir.

625 milyon dollarlıq yardım paketinıə artilleriya sistemləri, sursat və zirehli texnika daxildir.

***

21.59

ABŞ prezidenti Co Baydenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Co Bayden bildirib ki, Vaşinqton heç bir vaxt Ukrayna ərazilərinin Rusiyanın nəzarətinə keçməsini tanımayacaq.

Telefon danışığında ABŞ-ın Vitse-prezidenti Kamala Harris də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR