Baydenin İsrailə və Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb

Co Bayden

© APA | Co Bayden

# 04 iyun 2022 10:39 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin İsrailə və Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb.
APA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
NBC-nin verdiyi xəbərə görə, ABŞ prezidentinin bu ayın sonuna planlaşdırılan İsrailə və Səudiyyə Ərəbistanına səfərləri iyul ayına qədər təxirə salınıb.
Bildirilib ki, Vaşinqton Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammiti də daxil olmaqla, daha əhatəli Yaxın Şərq səfəri planlaşdırır.
“Biz GCC+3 Sammiti üçün İsrail və Səudiyyə Ərəbistanına səfər üzərində işləyirik”, - Bayden administrasiyasının rəsmisi bildirib.
Rəsminin sözlərinə görə, ilkin vaxt iyula təyin olunsa da Baydenin səfərlərinin tarixləri yenidən dəyişə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR