Baydenin Rusiya üzrə baş müşaviri istefa verib

Baydenin Rusiya üzrə baş müşaviri istefa verib
# 09 fevral 2023 03:42 (UTC +04:00)

ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə rəhbəri Erik Qrin vəzifəsini tərk edib.

APA “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, buna səbəb onun təqaüdə çıxmasıdır.

Departament rəhbəri kimi Qrin əslində Ağ Evdə Rusiya üzrə baş mütəxəssis idi.

O, 2021-ci ildə Cenevrədə Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşünün əsas təşkilatçılarından biri olub.

Onun yerinə kimin təyin edilməsi haqqında isə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR