Baydenin sözçüsü: Prezidentin evindən yeni məxfi sənədlər tapılıb

Baydenin sözçüsü: Prezidentin evindən yeni məxfi sənədlər tapılıb
# 14 yanvar 2023 22:17 (UTC +04:00)

ABŞ prezidenti Co Baydenin Delaver ştatının Uilminqton şəhərindəki şəxsi evində məxfi qrifli daha bir neçə səhifə sənəd tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber deyib.

“Məxfi məlumatlara çıxışım olduğundan mən çərşənbə günü prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsində kömək etmək üçün Vilminqtona getdim. Əlavə edilmiş materiallar arasında məxfi qrifli daha beş səhifə, yəni cəmi altı səhifə tapıldı” – Sauber bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR