Bill Qeyts daha təhlükəli pandemiya barədə xəbərdarlıq edib

Bill Qeyts

© APA | Bill Qeyts

# 19 yanvar 2022 20:38 (UTC +04:00)

“Microsoft”un qurucusu, milyarder Bill Qeyts koronavirusdan daha təhlükəli ola biləcək pandemiyalar barədə xəbərdarlıq edib.

APA “Financial Times”a istinadən xəbər verir ki, B.Qeyts bu səbəbdən hökumətləri növbəti qlobal epidemiya ilə mübarizə üçün milyardlarla vəsait ayırmağa çağırıb.

Xeyriyyəçi bildirib ki, koronavirusun Omicron və Delta ştamları indiyə qədər görülən ən çox yoluxduran viruslar sırasında olsa da, dünya daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan patogenlə üzləşməli ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR