Bill Qeyts: “Ola bilər ki, bir müddət hər il koronavirusa qarşı peyvənd alaq”

Bill Qeyts

© APA | Bill Qeyts

# 12 yanvar 2022 08:24 (UTC +04:00)

“Bu il koronavirusun daha yoluxucu yeni növünün yaranması ehtimalı azdır”.

APA-nın məlumatına görə, bunu “Microsoft”un qurucusu və milyarder Bill Qeyts “Twitter” hesabında yazıb.

Pandemiya zamanı bir çox sürprizlər yaşadığımızı vurğulayan B.Qeyts bildirib ki, daha yoluxucu ştamın ortaya çıxması ehtimalı azdır.

Onun fikrincə, Omicron ştamına görə bir çox insanlar ən azı gələn il immunitetə malik olacaqlar: “Ola bilər ki, bir müddət hər il koronavirusa qarşı peyvənd alaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR