Blinken: “ABŞ Rusiyaya silah idxalı olan bütün çıxışları bağlayıb”

Blinken: “ABŞ Rusiyaya silah idxalı olan bütün çıxışları bağlayıb”
# 09 sentyabr 2022 08:25 (UTC +04:00)

ABŞ sistemli şəkildə Rusiya Federasiyasının silah idxalına çıxışını bağlayır və təzyiq siyasətini davam etdirəcək.

APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“İndi Moskva hərbi dəstək üçün artıq Şimali Koreya və İrana müraciət edir. Çünki biz sistematik olaraq onların idxala çıxışına təzyiqi davam etdirəcəyik”, - deyə Vladimir Zelenskinin “Telegram” kanalında Blinkenin sözlərindənsitat gətirib.

Bu bəyanat siyasətçilərin görüşündən sonra verilib.

Qeyd olunub ki, ABŞ bu siyasəti Ukraynaya qarşı təcavüz dayanana qədər davam etdirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR