Blinken: "ABŞ Ukraynanın bərpasına dəstək verməyə hazırdır"

Blinken: "ABŞ Ukraynanın bərpasına dəstək verməyə hazırdır"
# 23 iyul 2022 00:39 (UTC +04:00)

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərməyə və müharibədən sonra onun bərpasına kömək etməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Blinken Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba ilə görüşündə bildirib ki, ölkəsi Ukraynanın bərpasına hər zaman hazır olduğunu təsdiqləyib.

“Dövlət katibi Ukraynanın birinci xanımı Olena Zelenskayanın bu həftə Vaşinqtona səfərinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, onun səfəri Birləşmiş Ştatların Ukraynanın yenidən qurulmasında humanitar dəstək və yardım üçün öhdəliyini vurğulamaqda mühüm imkan yaradıb”, - deyə məlumatda bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR