Blinken Çin Kommunist Partiyasının Siyasi Büro üzvü ilə telefonla danışıb

Blinken Çin Kommunist Partiyasının Siyasi Büro üzvü ilə telefonla danışıb
# 04 fevral 2023 07:44 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Çinin hava şarı insidenti ilə bağlı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü Vanq Yi ilə telefonla danışıb.

APA-nın xəbərinə görə, bu barədə Blinken Tviter hesabında bildirib.

"Mən bu səhər Vanq Yi ilə danışdım və Çinin qəbuledilməz hərəkətləri fonunda Pekinə səfərimi təxirə saldım" – Blinken qeyd edib.

"Və bu gün Vanq Yi ilə söhbətimdə açıq şəkildə bildirdim ki, bu kəşfiyyat şarının ABŞ hava məkanında olması ABŞ-ın suverenliyi və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu, məsuliyyətsiz bir hərəkətdir və əsaslı müzakirələrə ziyan vurur”, - dövlət katibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR