Blinken İsveç və Finlandiya XİN başçıları ilə görüşəcək

Blinken İsveç və Finlandiya XİN başçıları ilə görüşəcək
# 08 dekabr 2022 12:28 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken İsveç xarici işlər naziri Tobias Billström və Finlandiya xarici işlər naziri Pekka Haavisto ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün Vaşinqtonda keçiriləcək görüşlərdən sonra onların birgə mətbuat konfransı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR