Blinken Kuleba ilə Ukraynaya raket hücumunu müzakirə edib

Blinken Kuleba ilə Ukraynaya raket hücumunu müzakirə edib
# 16 noyabr 2022 08:38 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Dövlət katibi və XİN başçısı Ukraynanın enerji təhlükəsizliyi və hava hücumundan müdafiəsi daxil olmaqla, onun ehtiyaclarını müzakirə ediblər. Onlar həmçinin Polşada iki nəfərin həyatına son qoyan partlayışla bağlı davam edən qiymətləndirmələri müzakirə ediblər və qarşıdakı günlərdə də koordinasiyalı şəkildə işləməkələ bağlı razılığa gəliblər. Blinken bir daha bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynanı özünü müdafiə etmək üçün lazım olan hər şeylə təmin etmək üçün müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edəcək", - məlumatda deyilir.

Blinken isə "Twitter" hesabında telefon danışığı barədə paylaşım edərək, "Nə qədər lazımdırsa Ukraynanın yanında olmağa sadiqik", - deyə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR