Blinken: “Lavrov Ukraynaya hücum etməyəcəklərini dedi, lakin sözə yox, əmələ baxmaq lazımdır”

Entoni Blinken

© APA | Entoni Blinken

# 21 yanvar 2022 17:37 (UTC +04:00)

“Biz emosiyalar əsasında hərəkət etmirik, əksinə faktlar və tarix əsasında hərəkət edirik”.

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət katibi Entoni Blinken Cenevrədə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Fakt budur ki, Rusiya Ukrayna sərhədinə çox sayda qüvvə yığıb və buna davam edir. Rusiya həm də Belarusa qüvvələr yığıb ki, bu da Rusiyanın hücum edəcəyi təqdirdə qabiliyyətini gücləndirir. 2014-cü ildə Rusiya Ukrayna hücum etdi, güc yolu ilə bu ölkənin sərhədlərini dəyişdi. Ancaq biz həmişə Rusiya rəsmilərindən eşitmişik ki, Rusiyanın Ukraynaya hücum etmək niyyəti yoxdur. Bu gün Lavrov da bunu təkrar etdi. Lakin sözlərə yox, hərəkətlərə baxmaq lazımdır”, - Blinken vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR