Blinken: NATO Ukraynaya “çox güclü siyasi dəstək paketi”ni təqdim edəcək

Blinken: NATO Ukraynaya “çox güclü siyasi dəstək paketi”ni təqdim edəcək
# 01 iyun 2023 16:43 (UTC +04:00)

NATO Ukraynaya siyasi dəstək paketini təqdim edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, NATO Vilnüs sammitində Ukraynaya “çox güclü siyasi və praktiki dəstək paketi”ni təqdim edəcək.

“Bizim NATO sazişinin 5-ci maddəsinə sadiqliyimiz möhkəmdir. ABŞ və onun müttəfiqləri, tərəfdaşları müharibənin Ukraynanın yekun qələbəsi ilə sona çatacağı müddətə qədər Ukraynanı təhlükəsizlik, humanitar və iqtisadi yardımla dəstəkləməyə sadiq olaraq qalır”, - Blinken bir daha NATO Nazirlər Şurasının iclasında bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR