ABŞ Rusiya-Şimali Koreya əməkdaşlığına getdikcə daha təhlükəli hala gələn ikitərəfli yol kimi baxır.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
O qeyd edib ki, Rusiya Ukraynaya qarşı davam edən təcavüzü üçün avadanlıq, material və texnologiya tapmağa can atır, Şimali Koreya isə öz raket proqramını gücləndirmək və inkişaf etdirmək üçün kömək axtarır.