Blinken: “Ukrayna xalqının möhkəmliyini gözlərimlə gördüm”

Entoni Blinken

© APA | Entoni Blinken

# 25 aprel 2022 14:10 (UTC +04:00)

“Müdafiə naziri Lloyd Ostinlə Kiyevə səfərim zamanı Ukrayna xalqının cəsarətini və möhkəmliyini öz gözlərimlə gördüm”.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken "Twitter"də bildirib.

“Prezident Zelenski ilə görüşümüz zamanı biz Ukraynanın Rusiyanın təcavüzünə tab gətirdiyi üçün bu ölkəyə sarsılmaz dəstəyimizi bir daha təsdiqlədik”, - Entoni Blinken qeyd edib.

Xatırladaq ki, aprelin 24-də Entoni Blinken və Lloyd Ostin Kiyevə səfər edib. Səfər çərçivəsində onlar Ukrayna Prezidenti Zelenski ilə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR