Blinken və Lavrov arasında telefon danışığı olub

Entoni Blinken, Sergey Lavrov

© APA | Entoni Blinken, Sergey Lavrov

# 18 yanvar 2022 18:48 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın ABŞ Dövlət Departamentinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, tərəflər yanvarın 10-da Cenevrədə keçirilən Strateji Sabitlik Dialoqu, yanvarın 12-də Brüsseldə keçirilən NATO-Rusiya Şurası və yanvarın 13-də Vyanda ATƏT-in Daimi Şurasının iclasları müzakirə ediblər.

ABŞ dövlət katibi Rusiya ordusunun Ukrayna sərhədləri yaxınlığında olması fonunda gərginliyi azaltmaq üçün diplomatik yolun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Entoni Blinken ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı sarsılmaz öhdəliyini təkrar edib və vurğulayıb ki, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən müzakirədə NATO müttəfiqləri və Avropadan tərəfdaşlar, həmçinin Ukrayna iştirak etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR