Blinkenin köməkçisi postuna yeni namizədin adı Senata təqdim olunub

Ceyms O

© APA | Ceyms O'Brayn

# 05 iyun 2023 14:05 (UTC +04:00)

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi postuna yeni namizədin adı Senata təqdim olunub.

APA ABŞ Senatının saytına istinadən xəbər verir ki, bu posta Ceyms O-Braynın namizədliyi irəli sürülüb.

Onun namizədliyi artıq Senatın Xarici İşlər Komitəsinə göndərilib.

Qeyd edək ki, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid istefa verib.

Ceyms O'Brayn hüquqşünas və diplomatdır. O, 2022-ci ilin aprelindən Bayden administrasiyasında Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri vəzifəsində çalışır. O'Brayn daha əvvəl, 2015-2017-ci illərdə girovlarla iş üzrə xüsusi nümayəndə vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR