Blinkenin köməkçisi Ukraynaya səfər edib

Blinkenin köməkçisi Ukraynaya səfər edib
# 01 noyabr 2022 17:30 (UTC +04:00)

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi noyabrın bu gün və sabah Ukraynada səfərdə olacaq.

“Səfərin əsas məqsədi Ukraynanın azadlığı və ərazi bütövlüyünə ABŞ-ın sarsılmaz və davamlı dəstəyini vurğulamaqdır. Donfrid Ukraynanın Prezident Administrasiyasının üzvləri, Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşəcək. Görüşdə təhlükəsizlik və enerji dəstəyini təmin etmək, Ukraynanın islahat və yenidənqurma səylərinə kömək etmək üçün davam edən səylərimiz müzakirə ediləcək”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR