Bloomberg ABŞ və Çinin "tamamilə ayrılacağını" proqnozlaşdırıb

Bloomberg ABŞ və Çinin "tamamilə ayrılacağını" proqnozlaşdırıb
# 18 sentyabr 2022 09:53 (UTC +04:00)

ABŞ lideri Co Bayden Çindən iqtisadi asılılığı azaltmaq üçün səyləri gücləndirir ki, bu da sonda Vaşinqton və Pekinin “tamamilə ayrılmasına” gətirib çıxaracaq.

APA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"İnvestorlar narahatdırlar ki, Pekinin Rusiya və Tayvana qarşı mövqeyi ilə bağlı artan gərginlik iqtisadi təcrid prosesini sürətləndirə bilər" - materialda göstərilib.

O da qeyd olunur ki, Vaşinqton Çin lideri Si Cinpinin Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı onun hər addımını diqqətlə izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR