BMT Baş katibi 5 ölkənin nüvə müharibəsinin qarşısını almaq üçün birgə bəyanatını alqışlayıb

Antonio Quterreş

© APA | Antonio Quterreş

# 04 yanvar 2022 00:56 (UTC +04:00)

“BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanatını alqışlayır”.

APA BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Antonio Quterreşin nümayəndəsi Stefan Düjarrik açqılamasında bildirib.

O əlavə edib ki, Baş katib beş nüvə dövlətinin nüvə müharibəsinin, eləcə də silahlanma yarışının qarşısını almaq üçün birgə bəyanatını alqışlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR