BMT baş katibi avqustun 20-də Pompeo ilə görüşəcək

BMT baş katibi avqustun 20-də Pompeo ilə görüşəcək
# 19 avqust 2019 22:36 (UTC +04:00)

BMT baş katibi Antonio Quterreş ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcək.

APA “TASS”a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi baş katibin sözçüsü Stefan Dujarriç BMT-nin rəsmi saytında açıqlama yayıb.

"BMT-nin baş katibinin sabah ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcəyi planlaşdırılır. Görüş Dövlət Departamentinin tələbi ilə keçirilir. Dövlət katibi ilə birbaşa dialoq etmək fürsətinə sahib olduğumuz üçün çox şadıq", - deyə Stefan Dujarriç vurğulayıb.

O, BMT və ABŞ-ın bir çox məsələnin görüşdə müzakirə olunacağını deyib.

Görüşün avqustun 20-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə əlaqədar keçiriləcək yüksək səviyyəli iclası çərçivəsində baş tutacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR