BMT: Dünyada qlobal ərzaq təhlükəsizliyi üçün risklər artır

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş

© APA | Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş

# 09 iyun 2022 02:16 (UTC +04:00)

Rusiyanın Ukraynaya hücumları davam etdikcə qlobal ərzaq təhlükəsizliyi üçün risklər artır.

APA xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib.

O, Rusiya-Ukrayna müharibəsinin dünya üçün nəticələrinin daha da pisləşdiyini və 94 ölkədən 1,6 milyard insana təsir etdiyini bildirib.

Quterreş müharibənin görünməmiş aclıq dalğasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Bu artan fırtınanı dayandırmağın yalnız bir yolu var. Rusiyanın Ukraynaya işğalına son qoyulmalıdır”,- deyə Quttereş bildirib.

BMT Baş katibi Ukrayna və Rusiya məsələsi ilə bağlı ərzaq sövdələşməsinə çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR