BMT-nin Ali Komissarı Mişel Başelet ikinci müddətə namizədliyini verməyəcək

Mişel Başelet

© APA | Mişel Başelet

# 13 iyun 2022 15:37 (UTC +04:00)

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet posta ikinci müddətə namizədliyini verməyəcək.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Ali Komissar özü bildirib.

"Ali Komissar kimi səlahiyyət müddətim sona yaxınlaşdıqca, bu Şuranın mühüm 50-ci sessiyasında mən sonuncu brifinqimi edəcəm”, - deyə Başelet BMT-nin İnsan Hüquqları Şurasının dörd həftəlik iclasının açılışında deyib.
O, qərarının səbəbini açıqlamayıb.
Dörd illik mandatını avqustun sonunda başa vuracaq 70 yaşlı keçmiş Çili prezidenti, ikinci müddətə qalmaq istəyib-istəməyəcəyi ilə bağlı indiyə qədər heç bir açıqlama verməmişdi.

İnsan Hüquqları üzrə Ali Komissar vəzifəsində olan şəxs adətən dünya ölkələrinin ağır siyasi təzyiqi ilə üzləşir və bu vəzifə maksimum iki müddətə tutula bilsə də, Baçeletin sələflərinin demək olar ki, hamısı ikinci müddətdə vəzifədə qalmayıb.

Xatırladaq ki, o, 2018-ci ildə BMT-nin baş katibi Antonio Quterreş tərəfindən təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR