BMT-nin baş katibi Qəzzada atəşkəs elan edilməsini alqışlayıb

BMT-nin baş katibi Qəzzada atəşkəs elan edilməsini alqışlayıb
# 08 avqust 2022 07:04 (UTC +04:00)

BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında atəşkəs elan edilməsini alqışlayır və bütün tərəfləri buna hörmət etməyə çağırır.

APA-nın xəbərinə görə, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib Qəzza və İsraildə atəşkəs elan edilməsini alqışlayır və bütün tərəfləri atəşkəsə əməl etməyə çağırır”, - deyə Düjarrik bildirib.

Qeyd olunur ki, Quterreş Misirə atəşkəsi bərpa etmək üçün BMT ilə koordinasiyalı səylərinə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR