BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşacaq

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşacaq
# 28 yanvar 2022 19:21 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası yanvarın 31-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasında sədrlik edən Norveçin BMT-dəki daimi nümayəndəsi məlumat verib.

“İclas bazar ertəsi saat 10:00-da (red-Bakı vaxtı ilə 11:00) keçiriləcək”, - deyə açıqlamada deyilir.

İclasın ABŞ tərəfinin təklifi ilə keçiriləcəyi və Rusiya-Ukrayna sərhədində yaranmış vəziyyətə həsr olunacağı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR