BMT TŞ noyabrın 21-də Şimali Koreya ətrafında vəziyyəti müzakirə edəcək

BMT TŞ noyabrın 21-də Şimali Koreya ətrafında vəziyyəti müzakirə edəcək
# 19 noyabr 2022 05:27 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası noyabrın 21-də keçiriləcək iclasında KXDR ətrafında vəziyyəti müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının cümə günü yayılan proqramında deyilir.

KXDR üzrə müzakirələr Bakı vaxtı ilə saat 19:00-dan sonra planlaşdırılır.

Məsələyə baxılması təşəbbüsü Qərb dövlətlərinin olub.

Şimali Koreya cümə günü səhər saatlarında Yaponiya tərəfindən qitələrarası raket kimi təsnif edilən raket buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR