BMT və Avropa Komissiyası Nyu-Yorkda ilk yüksək səviyyəli görüş keçirəcək

BMT və Avropa Komissiyası Nyu-Yorkda ilk yüksək səviyyəli görüş keçirəcək
# 06 iyul 2022 22:31 (UTC +04:00)

BMT və Avropa Komissiyası (AK) iyulun 7-8-də Nyu-Yorkda ilk yüksək səviyyəli dialoq keçirəcək.

APA xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, tədbirə BMT-nin baş katibi Antonio Quterreş və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen rəhbərlik edəcək.

“Bir neçə sessiya ərzində iştirakçılar beynəlxalq ictimaiyyətin qarşısında duran bir sıra əsas problemləri və əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcəklər”, - deyə BMT rəsmisi bildirib.

O, bildirib ki, iclasda söhbət sülh və təhlükəsizlik, iqlim dəyişikliyi, insan hüquqları, rəqəmsal sferada qarşılıqlı fəaliyyət, eləcə də qlobal iqtisadiyyatdakı vəziyyətdən olacaq.

“Tərəflər həmçinin Ukraynadakı vəziyyətə o cümlədən ərzaq, enerji və maliyyə böhranına toxunacaqlar”, - deyə Düjarrik bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR