BMT zəlzələdən zərər çəkənlərə yardım edib

BMT zəlzələdən zərər çəkənlərə yardım edib
# 08 fevral 2023 04:28 (UTC +04:00)

BMT Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım üçün 25 milyon dollar ayırıb.

APA-nın xəbərinə görə, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib ki, beynəlxalq ictimaiyyət bu böhrandan çıxmaq üçün hər mərhələdə fəal köməklik göstərəcək.

BMT baş katibinin nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, BMT koordinatorları Adana şəhərindədir. Onlar xilasetmə qruplarına kömək etmək üçün sabah Qaziantepə gedəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR