Braziliya paytaxtının qubernatoru vəzifəsindən azad olunub

Braziliya

© APA | Braziliya

# 09 yanvar 2023 10:42 (UTC +04:00)

Braziliya Ali Məhkəməsinin hakimi Aleksandre de Moraeş paytaxt Brazilianın daxil olduğu federal dairənin qubernatoru İbaneys Roçanın vəzifədən uzaqlaşdırılması barədə qərar verib.

APA xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.

Qeyd olunub ki, bu addım Braziliyada baş verən kütləvi iğtişaşlar səbəbindən atılıb.

Xatırladaq ki, Braziliyada dünəndən etibarən ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq, sabiq prezident Jair Bolsonaronun tərəfdarları paytaxtda kütləvi etirazlar keçirib, Konqresin binası ələ keçirilib, prezident iqamətgahına və həmçinin Ali Məhkəmənin binasına daxil olublar.

Polisin məlumatına əsasən, etirazlar zamanı 400-dən çox iğtişaşçı saxlanılıb, ümumilikdə 300 nəfər həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR