Braziliya polisinin keçirdiyi əməliyyatda 21 nəfər öldürülüb

Braziliya polisinin keçirdiyi əməliyyatda 21 nəfər öldürülüb
# 25 may 2022 03:20 (UTC +04:00)

Braziliya polisi Rio-de-Janeyronun kasıb məhəllələrində əməliyyat keçirib.

APA-nın xəbərinə görə, ordu ilə birgə keçirilən əməliyyatda məqsəd cinayətkar şəbəkə başçılarından birinin həbsidir. Əməliyyat zamanı cinayətkar qruplaşma üzvü olan 20 nəfər zərərsizləşdirilib.

Yerli medianın xəbərinə görə, hadisə nəticəsində 1 qadın təsadüfən öldürülüb, daha 5 sakin yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR