Braziliya prezidenti Latın Amerikası ölkələrini Venesuela və Kubaya kömək etməyə çağırıb

Braziliya prezidenti Latın Amerikası ölkələrini Venesuela və Kubaya kömək etməyə çağırıb
# 24 yanvar 2023 02:30 (UTC +04:00)

Braziliya prezidenti Luis İnasio Lula da Silva Latın Amerikası və Karib hövzəsi ölkələrindən (CELAC) Kuba və Venesuelanın daxili problemlərinin həll üçün kömək istəyib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Braziliya və CELAC ölkələri Venesuela və Kubaya qayğı ilə yanaşmalıdır. Biz bacardığımız qədər kömək edəcəyik, - deyə o Argentina prezidenti Alberto Fernandes ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Luis İnasio Lula da Silva qeyd edib ki, o, Venesuela və Kuba nümayəndələrinin CELAC-ın iclaslarında iştirakını vacib hesab edir.
Eyni zamanda, Braziliya lideri Venesuela prezidenti Nikolas Maduro ilə Buenos-Ayresdə planlaşdırılan görüşünün ləğv olunduğunu təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR